Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada üç günlük işgüzar səfərdədir. Səfər çərçivəsində iyunun 7-də nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl tərəfindən qəbul edilib.
ER Parlamentinin sədri dəvətə görə təşəkkür edib, Ermənistanın Böyük Britaniya ilə çoxtərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu və Böyük Britaniyadan da bunu gözlədiyini qeyd edib.
Tərəflər insan demokratik təsisatların gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
ER Parlamentinin sədri Ermənistan-Böyük Britaniya Hərtərəfli Genişləndirilmiş Sazişin ən qısa zamanda imzalanacağına inandığını bildirib.
Görüşün sonunda ER Parlamentinin sədri britaniyalı həmkarını Ermənistana dəvət edib.