İyunun 6-da Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı aparıb. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin əsas məsələləri, o cümlədən sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, Dağlıq Qarabağ xalqının hüquqlarının və təhlükəsizlik məsələlərinin düzgün həlli müzakirə olunub.
Mirzoyan demarkasiya prosesində, xüsusən 1975-ci ilki xəritə ətrafında öhdəliyin əhəmiyyətini vurğuladı.
O, amerikalı həmkarının diqqətini bir daha danışıqlar prosesi zamanı Azərbaycanın ali rəhbərliyinin aqressiv ritorikasına da toxunub.