İyunun 6-da ER xarici işlər naziri Ararat Mirzoyanla Avstriyanın Avropa və Xarici İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq arasında telefon danışığı aparıb.
Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə, o cümlədən çoxtərəfli platformalarda qarşılıqlı əməkdaşlığa toxunublar. Həmçinin Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Mirzoyan Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərinin həlli ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edib.
Mövcud, o cümlədən humanitar problemlərin, Laçin dəhlizinin bağlanması probleminin, Dağlıq Qarabağ probleminin hərtərəfli həllinin zəruriliyi vurğulanıb.