İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan vətəndaşlarının İrana səfər etməkdən çəkinməsi ilə bağlı bəyanatına münasibət bildirərək, Twitter səhifəsində yazıb:
“Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. İsrail prezidentinin Bakıya səfəri zamanı qəbul etdiyi siyasət də məhz budur. Azərbaycan vətəndaşı sivil və İslam İranından yox, İsraildən qorxmalıdır. Bizim siyasətimiz viza rejimini ləğv etməyə və Azərbaycandakı qardaş və bacılarımızı qucaq açaraq qarşılamağa əsaslanmaqda davam edir. Qonşuluq siyasətinin davam etdirilməsi, əlbəttə ki, qarşılıqlı hörmət və qonşuluq prinsiplərinə hörmət çərçivəsində bizim prioritetimizdir”.