ABŞ komandanlığının bəyanatında deyilir ki, həftə sonu ABŞ və Kanada Tayvan və Çini ayıran boğazda birgə təlimlər keçirərkən Çin gəmisi ABŞ-ın minaaxtaran gəmisinin qarşısından keçib və toqquşmadan qaçmaq üçün sürəti azaltmağa məcbur olub.
Euronews yazır ki, Vaşinqtonda epizodun riskli olduğunu açıqladılar. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri məlumat veriblər ki, Çin hərbi gəmisi Amerikanın minalanmış sahəsinə 137 metr məsafədən yaxınlaşıb. Pekin həmçinin ABŞ-ı regionda “qəsdən riskə təhrik etməkdə” ittiham edib.