Ermənistan yeni səfirliklər açmaq niyyətindədir. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə 2022-ci ilin büdcəsinin illik icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.
“Biz yenilərini açmağı düşünürük, hətta razılaşmalar da var. Ümid edirəm ki, yaxın gələcəkdə Uruqvayda olacaq”, - Mirzoyan bildirib.
Nazir onu da xatırladıb ki, diplomatik ofislərin ola biləcəyi ölkələr var ki, gələcəkdə onların rütbəsi artırıla bilər.
“Coğrafiyamızı genişləndirmək üçün ciddi planlar var. Bir hissəsi 2022-ci ilin büdcəsində öz əksini tapıb”, - deyə Mirzoyan bildirib.