Yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.