Azərbaycan XİN məlumat yayıb və Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi tövsiyə edib.
Xarişi İşlər Nazirliyi İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş hücumu və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə edib.