İyunun 1-də Kişinyovda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının sədri Şarl Mişel ilə danışıqlar aparıblar.
Yelisey Sarayı görüşlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıblar. Onlar həmçinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistanın xeyrinə əhəmiyyətini vurğulayıblar.
Avropa liderləri Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatlarının həyata keçirilməsinin vacibliyini də vurğulayıblar.
“Fransa prezidenti hər hansı düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusi olaraq vurğuladı”,- bəyanatda qeyd olunub.