İRNA ilə söhbətində mənbə bildirib ki, Azərbaycan hakimiyyəti İranın Bakıdakı Mədəniyyət Məsləhət Ofisini bağlayıb və buna səbəb kimi iki ölkə arasındakı son fikir ayrılıqlarını göstərib.
Mənbə vurğulayıb: “İran qonşuları ilə münasibətlərində həmişə yaxşı məqsədlər güdür və mövcud problemləri dialoq yolu ilə həll etməyə çalışır, emosional və gərginlik yaradan hərəkətlərdən çəkinir, ona görə də Azərbaycan KİV-lərinin səsləndirdiyi bəzi iddialar yalandır”.