Əgər Bakı-Stepanakert dialoqu baş tutmasa, bütün problemlər hətta Azərbaycan baxımından da həll olunmamış qalacaq. ER Parlamentinin sədri Alen Simonyan bu barədə jurnalistlərə verdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət həmin dialoqun aparılması üçün Azərbaycana təzyiq göstərir.
“Əks halda Azərbaycan üçün əlverişli vəziyyət yaranmayacaq, böyük boşluq yaranacaq ki, onu illər, bəlkə də onilliklər ərzində bağlaya bilməyəcək. O, oturub Artsaxda yaşayan erməni əhalisi ilə danışmasa, o yara, bizim yara bir gün öz bəhrəsini verəcək”, - deyə Alen Simonyan bildirib.