İyunun 1-də Artsax Prezidenti Arayik Harutyunyan hökumətdə geniş işgüzar məsləhətləşmə keçirib.
Artsax ətrafında hərbi-siyasi və sosial-iqtisadi vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Sahə idarəçiliklərin rəhbərləri A. Harutyunyana əvvəllər verdiyi tapşırıqların icrasının gedişi barədə məlumat vermişlər.
İclas iştirakçılarına son regional hadisələri təqdim edən Artsax Prezidenti qeyd edib ki, təhlükəsizlik riskləri, blokadanın, enerji böhranı və digər halların uzunmüddətli mövcudluğu ölkədə görülən bütün işlərin və hazırlanmış proqramların əsasını təşkil etməlidir. Bu kontekstdə prezident təhlükəsizlik riskləri ilə üzləşmək, enerji böhranının yaratdığı problemləri aradan qaldırmaq üçün qısamüddətli və uzunmüddətli bir sıra yeni tapşırıqlar verib.