Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir. Onlar bütün Cəubi Qafqazın maraqlarından irəli gəlir. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitindən əvvvəl jurnalistlərə bildirib.
“Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycan, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynadı– deyə Qaribaşvili qeyd edib.