29.800 kvadrat kilometr ərazi bütövlüyü və Artsax sakinlərinin təhlükəsizliyi və hüquqları Ermənistan üçün əsasdır. Er Parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin mümkün bağlanmasından sonra Ermənistan üçün beynəlxalq qarantının olması prinsipialdır.
“Mənim şəxsi fikrim budur ki, əldə olunacaq razılaşmanın həyata keçirilməsini davam etdirəcək zaminin olması vacibdir, çünki görürük ki, 9 noyabr sənədi məni qane etmir və əminəm ki, bu, Ermənistan vətəndaşlarını qane etmir, həm bəyanat, həm davranış… Bizim 9 noyabr təcrübəmiz var, elə deyilmi və eyni səhvləri etməyəcəyik”- deyə Alen Simonyan bildirib.