Artsax Müdafiə Nazirliyi bildirir ki, iyunun 1-də səhər saat 10:00 radələrində Müdafiə Ordusunun bölmələri tərəfindən Şuşinin işğal olunmuş ərazilərində yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açılması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır.
“Azərbaycanın Müdafiə Nazirliyi Şuşi və Martuni rayonlarında guya aparılan mühəndis-texniki işlərin qarşısının alınmasını açıqlayaraq, növbəti dəfə reallığı təhrif edir, öz bölmələrinin kənd təsərrüfatı işləri ilə məşğul olan vətəndaşlar istiqamətində atəş açmasına haqq qazandırmağa çalışır”,- deyə qeyd edilib.