Mayın 31-də ER Parlamentinin sədri Alen Simonyan Argentina parlamentinin Argentina-Ermənistan dostluq qrupunun sədri Gijermo Andradanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Argentina ilə çoxsahəli əməkdaşlığa da toxunulub.
Həmsöhbətlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş sıx əməkdaşlığı, siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər.
Alen Simonyan Ermənistanın regionda sabit sülhün bərqərar olması gündəminin tərəfdarı olduğunu bir daha təsdiqləyib. O, Argentina Senatının 2022-ci il dekabrın 21-də Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasını pisləyən və dayandırmağa çağıran bəyanatın qəbul edilməsinə görə minnətdarlığını bildirib.
Argentinalı tərəfdaşlar regionumuzda sülhün və sabitliyin bərqərar olmasını əsas hesab edərək, öz səlahiyyətləri çərçivəsində bu proseslərə töhfə verməyə hazır olduqlarını bildiriblər.