Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin mətbuat katibinin mayın 30-da verdiyi mətbuat bəyanatını şərh edib.
“Ermənistan tərəfi ABŞ-ın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması prosesində göstərdiyi səyləri həmişə alqışlayıb.
Düşünürük ki, bütün tərəfdaşlarımıza aydın olmalıdır ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının tanınması və Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsi əsas olmalıdır.
ER XİN-in mayın 29-da verdiyi bəyanatda vurğuladığımız kimi, Azərbaycanın ərazi bütövlüyünün tanınması Dağlıq Qarabağ xalqına qarşı etnik təmizləmə kimi şərh edilə bilməz.
Qeyd edilməlidir ki, Azərbaycan prezidentinin mayın 28-də verdiyi bəyanatlar nəinki yuxarıda qeyd olunan problemlərin ləyaqətli həlli yollarını təklif etmir, həm də Ermənistan Respublikasının suverenliyinə və müstəqilliyinə, Dağlıq Qarabağ xalqının öz vətənində əmin-amanlıq və ləyaqət içində yaşamasına açıq təhdidlər ehtiva edir.
Biz inanırıq ki, ABŞ özünün bəyan etdiyi demokratiya və insan hüquqlarının müdafiəsi dəyərlərinə və regionda davamlı sülhün bərqərar olunmasına sadiqliyinə və iştirakına əsaslanaraq, Azərbaycan rəhbərliyinin Ermənistanın suveren ərazisinə qarşı ekspansionist siyasətinin və Dağlıq Qarabağda etnik təmizləmə cəhdlərinin qarşısını almaq üçün bu bəyanatlara adekvat cavab verməlidir”.