ER Baş nazirin müavini Mher Qriqoryan jurnalistlərə müsahibəsində bildirdi ki, həftə ərzində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin görüşü ola bilər. Görüş barədə daha əvvəl Rusiya Prezidenti də bildirdi.
Mher Qriqoryan bu gün məlumat verib ki, baş nazir müavinlərinin görüşündə yalnız yoların açılması imkanları müzakirə olunacaq, dəhliz məsələsi müzakirə olunmayacaq və bu, ER üçün qırmızı xəttdir.
Baş nazir müavini bildirdi ki, Ermənistanda dəmiryol infrastrukturunun bərpası 3 ilə qədər vaxt aparacaq. O qeyd edib ki, Ermənistan logistika mərkəzi kimi ölkəmizin regionda rolunu gücləndirəcək və artıracaq həllər istəyir.