Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşü səbirsizliklə gözləyirik. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir”,- deyə Şarl Mişel yazıb.
Avropa İttifaqı Şurasının Prezidentinin sözlərinə görə, rəsmi Bakı ilə QDMV-də yaşayan erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir.
“Ekstremist mövqelərdən uzaq durmaq və dialoq qurmağa çalışmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”,- deyə o yazıb.