Bakıda ikigünlük səfərdə olan İsrail prezidenti İsxak Hersoqu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. O, səfəri “tarixi” kimi qiymətləndirərək, bunun iki ölkə arasında, o cümlədən ticarət, enerji və təhlükəsizlik sahələrində əlaqələrin inkişafına güclü təkan verəcəyinə əminliyini ifadə edib.
Hersoq öz növbəsində qeyd edib ki, Azərbaycanın regionda böyük rolu var, İran isə regionun təhlükəsizlik strukturunu təhdid edən ölkədir.
İsrail prezidenti Azərbaycanla münasibətləri “strateji” adlandırıb, onların sülh, firavanlıq və inkişaf baxımından bütün regiona təsir etdiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkənin tərəfdaşlığı göstərir ki, “yəhudilər və müsəlmanlar sülhə doğru birgə addım etsələr, birlikdə böyük nailiyyətlər əldə edə bilərlər”.
Hersoq Əliyevi İsrailə səfərə dəvət edib.