Mayın 30-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçirilən GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edib, Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.
Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı beynəlxalq mexanizm, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi prosesləri, regional nəqliyyat xətlərinin açılması ilə bağlı məsələlərə xüsusi toxunub.
TŞ katibi Azərbaycanın danışıqlar prosesində konstruktiv mövqeyinin olmasının zəruriliyini vurğulayaraq, maksimalist istəklərdən çəkinməyə çağırıb.