Parlamentdə 2022-ci il büdcəsinin icrasının müzakirəsinə başlanılıb.
Daimi komissiyaların birgə iclasında Baş nazir Nikol Paşinyan ötən ilin iqtisadi göstəricilərini təqdim edərək, Ermənistanda son 15 ildə görünməmiş 12,6 faiz iqtisadi artımın qeydə alındığını vurğulayıb.
O əlavə edib ki, 2022-ci il dövlət büdcəsinin vergi daxilolmaları 1 trilyon 926 milyard dram təşkil edib ki, bu da ilkin olaraq nəzərdə tutulduğundan 82 milyard dram və ya 4 faiz çoxdur.
Nikol Paşinyan 2023-cü ilin aprelində toplanan vergilərə də toxunaraq qeyd edib ki, artıq 296,8 milyard dram vergi gəliri var ki, bu da Ermənistan tarixində rekord göstəricidir.