Mayın 30-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumunda iştirak edəcək və bu forum çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə də panel müzakirəsi aparacaq. Bu barədə Təhlükəsizlik Şurasının Aparatından məlumat verilib.