2022-ci ildə Ermənistanın əsas tərəfdaş ölkələrində iqtisadi artımın yavaşlaması qeydə alınıb, söhbət Rusiyadan, eləcə də Çindən, Avrozona ölkələri və ABŞ-dan gedir.
Bunu maliyyə naziri Vahe Hovhannisyan 2022-ci il büdcəsinin icrasına dair illik hesabatı təqdim edərkən deyib.
"Rusiya-Ukrayna münaqişəsi şəraitində Rusiya Federasiyasından böyük insan və kapital axını müşahidə olundu, biz Rusiya Federasiyasına ixracı əhəmiyyətli dərəcədə artıra bildik", - nazir bildirib.
Vahe Hovhannisyanın sözlərinə görə, 2022-ci ildə turistlərin sayı da artaraq 1 milyon 666 min nəfərə çatıb ki, bunun da 790 mini Rusiyadandır.
O da sevindirici haldır ki, bizdə Rusiyadan kənardan gələn turistlərin sayında da artım var.