Müdafiə Nazirliyi bildirdi ki, mayın 26-da saat 19:00-dən bəri ER Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun idarə etdiyi, döyüş məntəqələri üçün nəzərdə tutulmuş ərzaq və su ilə yüklənmiş maşını mövqelərarası yolda aşkar edilib.
Mayın 26-da Azərbaycan KİV-ləri, daha sonra isə Azərbaycanın Sərhəd Xidməti məluat yayıb guya ki, erməni tərəfi diversiya cəhdi edib.
“Bir daha bildiririk ki, Azərbaycan Sərhəd Xidmətinin yaydığı məlumatı guya ki, erməni tərəfi diversiya cəhdi edib. Bu məlumat tamamilə yalan və dezinformasiyadır. Bunu təkzib etmək üçün Ermənistan tərəfinin kifayət qədər sübutu var və onlar beynəlxalq tərəfdaşlara təqdim olunacaq.
Aşkar olunmuş avtomobildə hərbçilərdən birinin silahı da var, bu da sübut edir ki, hərbçilər maşından düşsələr və ərazidə orientasiya olunmasalar belə, hərbçilərin təxribat məqsədləri ola bilməzdi.
Erməni hərbçilərinin Azərbaycan tərəfindən qanunsuz oğurlanmasının hallarının aşkarlanması istiqamətində geniş iş aparılır”, - bəyanatda qeyd olunur.