ER XİN mətbuat katibi Ani Badalyan bildirdi ki, Kişinyovda sülh sazişinin imzalanması keçiriləcək görüşün gündəliyində deyil.
“Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlər həll olunanda Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq.
Hesab edirik ki, iyunun 1-də Kişinyovda planlaşdırılan görüş zamanı və ondan sonra onlarla bağlı müzakirələr davam olunacaq. Sözügedən sazişin imzalanması Kişinyov görüşünün gündəliyinə daxil edilməyib”.