Mayın 26-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Luis Bono ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər, bu istiqamətdə son danışıqlarda müzakirə olunan və hələ də qarşılıqlı razılaşmaya tabe olan məsələlərə toxunublar.
Ararat Mirzoyan Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib. Nazir vurğulamışdır ki, bu istiqamətdə digər məsələlərlə yanaşı, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələmədən imtina, dəqiq sərhədlərin müəyyən edilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq səviyyədə təmin olunmuş dialoq mexanizmi çərçivəsində həlli mühüm əhəmiyyət kəsb edir.