Mayın 26-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.
Bu barədə ER Təhlükəsizlik Şurası məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər.
Təhlükəsizlik Şurasının katibi Lui Bonoya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı erməni tərəfinin mövqelərini təqdim edib.
Onlar Ermənistan-ABŞ münasibətlərini da müzakirə ediblər.