Mayın 25-də Moskvada Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə üçtərəfli Zirvə görüşü olub.
Görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturların açılması ilə bağlı məsələlər müzakirə olunub.
Üç ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində işlərin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub.