Rusiya Dağlıq Qarabağdakı vəziyyətin Moskva, Yerevan və Bakı arasında üçtərəfli razılaşmalar çərçivəsində həllinə sadiq qalır.
Bunu Rusiya Prezidenti Vladimir Putin ER Baş naziri Nikol Paşinyanla görüşdə deyib.
“Siz üçtərəfli bəyanatda bizim Laçın dəhlizinə dair münasibətimizi bilirsiniz. Biz bu məsələdə mövqeyimizi heç vaxt dəyişməmişik, heç vaxt. Və bilirsiniz ki, biz erməni dostlarımızla, həm də Azərbaycanla müzakirələrimizdə və elə indi də məhz bu mövqedə qalırıq – hər şey hərfən və ruhən bizim həmin o üçtərəfli bəyanatımza uyğun olmalıdır və bizim mövqeyimiz dəyişməyib”,-deyə o qeyd etdi.
Putin əlavə edib ki, nəqliyyat əlaqələri, o cümlədən kommunikasiyalar, dəmir yolları, mümkün avtomobil yolları baxımından da Rusiya tərəfinin mövqeyi dəyişməzdir.
“Bu dəfə də Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli təmaslarda bu barədə danışdıq. Amma qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi də Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini dəyişmədiyini, Ermənistanın həmin ərazi üzərində tam suverenliyini heç bir tərəddüd etmədən tanıdığını təsdiqləyir”,- deyə RF prezidenti vurğuladı ki, terminologiya ilə bağlı bəzi məsələlər var və bu barədə daha ətraflı danışılmalıdır.