Mayın 24-də Nyu-Yorkda işgüzar səfərdə olan ER xarici işlər nazirinin müavini Vahe Gevorgyan BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri, baş katibin müavini Alis Vairimu Nderitu ilə görüşüb.
Nazir müavini Azərbaycanın Laçın dəhlizini qanunsuz olaraq blokadaya alması ilə əlaqədar Dağlıq Qarabağda yaranmış humanitar böhranı xüsusi müşavirə təqdim edərək, ermənilərə qarşı nifrətə əsaslanan bu qanunsuz hərəkətlərin Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə siyasəti aparmasının sübutu olduğunu vurğulayıb.
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın onilliklər boyu Azərbaycan tərəfindən kobud şəkildə pozulmasına və bu kontekstdə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarının icrasının vacibliyinə toxunulub.