ER Prezidenti Vahaqn Xaçaturyan İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Prezident Xaçaturyanın məktubunda xüsusi olaraq deyilir:
“Əminəm ki, Sizin müdrik rəhbərliyiniz altında İordaniya bundan sonra da böyük uğurlar qazanacaq.
Mən ümid edirəm ki, biz hər iki tərəfin səyləri ilə Ermənistan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı yeni səviyyəyə qaldıracağıq”.