Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının sessiyasında bəyan edib ki, Ermənistan Aİİ-də iqtisadi əməkdaşlığın əsas benefisiarına çevrilib.
“Qazaxıstan prezidentinin sözlərinə görə, Aİİ-nin əsas benefisiarı Ermənistandır. Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir. O, 12,1 faiz təşkil edir. Bu, təbii ki, ciddi rəqəmdir. Rusiya bütün Aİİ ölkələri ilə sıx əməkdaşlığı yüksək qiymətləndirir”, - deyə Putin bildirib.