ER Baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi İttifaqının Şurasının iclasında iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı “Zangezur dəhlizi” ifadəsini işlədib. Nikol Paşinyan reaksiya verərək qeyd edib:
“Azərbaycan prezidenti çıxışında son illərdə Ermənistana ərazi iddiası irəli sürmək üçün başlıq kimi işlədilən ifadədən istifadə etdi. Qeyd etmək istərdim ki, bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrası çərçivəsində istifadə olunur.
Vurğulamaq istərdim ki, Bəyanatda yalnız bir dəhliz barədə danışılır və bu, Laçın dəhlizidir ki, Rusiya sülhməramlılarının nəzarətində olmalıdır, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bağlanılıb. Digər tərəfdən, mən Ermənistan Respublikasının regionda Ermənistan Respublikasının ərazisindən keçən bütün nəqliyyat-iqtisadi əlaqələri və kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiq etmək istəyirəm: biz bunu “Ermənistan kəsişməsi” adlandırırıq və biz keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində regional kommunikasiyaları açmağa hazırıq”.
Əliyevin Rusiyanın da “Zangezur dəhlizini” dəstəkləməsi barədə bəyanatına toxunan Nikol Paşinyan bildirib: “Rusiyanın qeyd etdiyiniz layihəni dəstəklədiyini bilmək çox maraqlıdır. Düzünü desəm, bu haqda ilk dəfədir eşidirəm”.
Paşinyan Laçın dəhlizinin blokadasına toxunaraq qeyd edib ki, üçtərəfli bəyanatda “Laçın yolu” deyil “Laçın dəhlizi” var hansı ki, Rusiya sülhməramlılarının nəzarətində olmalıdır.
“Dekabrdan bəri Dağlıq Qarabağda humanitar böhran yaranıb, çünki Laçın dəhlizinin bağlanması səbəbindən qida və lazımi malların təchizatı üçün maneələr var: Bu çox ciddi bir vəziyyətdir. Azərbaycan həmçinin Dağlıq Qarabağa gedən qaz və elektrik enerjisini kəsib”,-deyə Paşinyan vurğulayıb ki, bu barədə Vladimir Putinlə dəfələrlə danışıb.