Mayın 25-də Moskvada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
Görüş zamanı Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında İlham Əliyevin iştirakını alqışlayıb və regional əməkdaşlıq üçün böyük potensial gördüyünü qeyd edib.
Azərbaycan prezidenti vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq.