Nyu-Yorkda işgüzar səfərdə olan ER xarici işlər nazirinin müavini Vahe Qevorgyan mayın 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eger ilə görüşüb.
ER XİN-dən verilən məlumata görə, görüş zamanı Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran vəziyyəti və BQXK-nın səylərinin təfərrüatları müzakirə olunub.
Nazir müavini Azərbaycanın beynəlxalq öhdəliklərini, o cümlədən beynəlxalq humanitar hüququ və insan hüquqlarının müdafiəsi normalarını pozduğunu, o cümlədən Laçın dəhlizində qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə BMT-nin Beynəlxalq Məhkəməsinin 22 fevral qərarını kobud şəkildə pozduğunu diqqətə çatdırıb.
Bu kontekstdə o, Dağlıq Qarabağda humanitar problemlərin həlli üçün BQXK-nın fəal iştirakının və maneəsiz humanitar girişin təmin edilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycanda girovluqda olan erməni hərbi əsirlərin və mülki şəxslərin tezliklə azad edilərək vətənə qaytarılmasının təcili zərurət olduğunu vurğulayan Vahe Qevorgyan BQXK-nın beynəlxalq humanitar hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində də fəaliyyətini yüksək qiymətləndirib.