Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyanın 200 milyard avro dəyərində aktivlərinin dondurulmasını təsdiqləyib.
Bu vəsaitlər və ya onlardan əldə olunan gəlirlər Ukraynaya dəstək üçün yönəldilə bilərmi sualını cavablandıran Viqand qeyd edib ki, bu məsələ müzakirə olunur.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen Rusiyanın Aİ-də 300 milyard avrodan çox aktivinin dondurulduğunu açıqlamışdı.