Freedom House təşkilatı dünyada demokratiya ilə bağlı hesabat dərc edib və orada hesabatda təqdim olunan 29 ölkədən 11-də 2023-cü ildə demokratiya göstəricilərinin azaldığı, 7-də isə irəliləyişlərin qeydə alındığı bildirilib. Hesabatda Ermənistandakı vəziyyətə də toxunulub.
“Ermənistan hələ də Aİ-yə namizədlik üçün müraciət etməyib, lakin 2022-ci ildə demokratik nailiyyətlər əldə etməyə davam edərək, “2023-cü ilin keçid ölkələri” siyahısında birdən çox göstəricini yaxşılaşdıran yeganə ölkə olub”,-hesabatda deyilir.
Hesabatda 2020-ci il müharibəsinə də toxunulur və qeyd olunur ki, “2020-ci ildə Azərbaycan hərbçiləri 1994-cü ildə Azərbaycan qüvvələrinin məğlubiyyətindən sonra yerli erməni qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağın bir hissəsini işğal edib. 2020-ci ilin qələbəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev rejimi hərbi yolla ərazi ambisiyalarını davam etdirdi və 2022-ci ildə Ermənistan Respublikasına irimiqyaslı hücuma başlayıb, 2023-cü ilin əvvəlində isə “ekoloji etirazlar” adı altında Dağlıq Qarabağda qalan etnik ermənilər blokadaya anınıblar”.- müəlliflər vurğulayır.
Qeyd olunur ki, demokratik hökumətlər təhlükəni gözardı etməməlidir. Onlar Ermənistanın demokratiyasını gücləndirmək və Azərbaycanın idarəçiliyi və ya işğalı altında yaşayan bütün insanların müdafiəsini təmin etmək üçün hər cür addım atmalıdırlar.