Moskva ümid edir ki, Rusiya, Ermənistan və Azərbaucan liderlərinin görüşlərinin səmərəli olacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirdi.
“Cümə axşamı həm prezident Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Ümid edirik ki, Prezidentimizlə təmaslar olacaq. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - o vurğulayıb.