Mayın 24-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri An Luyonu qəbul edib.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa ikitərəfli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə olunub.
Tərəflər Ermənistan-Fransa əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndiriblər.
Səfir Luyonun xahişi ilə müdafiə naziri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edib.