Mayın 23-də ER Parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi üzrə ER xüsusi nümayəndəsi Ruben Rubinyan Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
Ruben Rubinyan qonağı salamlayaraq, Ermənistan və Böyük Britaniya arasında mövcud əməkdaşlığı vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Tərəflər regional inkişaflarla bağlı məsələləri müzakirə ediblər.
Ruben Rubinyan qonağın xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinin hazırkı vəziyyətini təqdim edib.