Mayın 23-də TŞ-nin katibi Armen Grigoryan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti ilə görüşüb.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi Ermənistanın təhlükəsizliyin təmin edilməsində demokratikləşmə istiqamətində səylərini xüsusi qeyd edib.
Həmsöhbətlər Ermənistan və Böyük Britaniya arasında münasibətlərin inkişafının müsbət dinamikasını vurğulayıblar və ikitərəfli münasibətlərin gündəliyinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.