Bölgəmizdə hərbi-siyasi vəziyyət gərgin olaraq qalır, ER hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təşviqini əsas üsul hesab edir.
Bunu ER Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycanla sülh və münasibətlərin qurulması sazişi ilə bağlı intensiv danışıqlar aparılır və biz mətn üzrə razılığın əldə olunmasına və mümkün qədər tez imzalanmasına ümid edirik.
Beynəlxalq ictimaiyyət də düşünür ki, Ermənistan və Azərbaycanın bir-birinin müvafiq olaraq 29,8 min kvadratkilometr və 86,6 min kvadratkilometr ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalı, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün Bakı ilə Stepanakert arasında dialoq aparılmalıdır”, - deyə Baş nazir bildirib.
Paşinyan Ermənistanın bu məntiqlə razılaşdığını və danışıqları bu məntiqlə apardığını vurğulayaraq, Stepanakert-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu qeyd edib.
“Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür ki, bu da bütün qonşularla münasibətləri tənzimləməklə mümkündür. Bu, heç də asan proses deyil, amma düşünürəm ki, bu, xalqımızın istədiyi və gözlədiyi şeydir”, - Paşinyan bildirib.