Ermənistan Azərbaycanın Dağlıq Qarabağın da daxil olduğu 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır, lakin Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert dialoqu vasitəsilə müzakirə edilməlidir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“86,6 min kvadrat kilometrə Dağlıq Qarabağ da daxildir, amma onu da qeyd etmək lazımdır ki, biz deyirik ki, Dağlıq Qarabağ erməniləri və onların hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert formatında müzakirə olunmalıdır”, – deyə Paşinyan bildirib.
Baş nazir hazırkı hökumətin mövqeyinə toxunaraq deyib ki, indiki ER hökuməti nə “deyirsə desin”, ER hökumətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Ermənistan Respublikası Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır. Fikrimizcə, Azərbaycan Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır. Əgər biz Azərbaycanla bu məsələdə bir-birimizi düzgün anlayırıq, Ermənistan bəli, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır, Azərbaycan isə Ermənistanın 29 min kvadrat kilometr ərazisini tanıyır”, – deyə Paşinyan bildirib.
Baş nazir eyni zamanda vurğuladı ki, DQ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Stepanakert-Bakı dialoq formatında müzakirə edilməlidir. Onun sözlərincə, Ermənistan tərəfi bu danışıqlar üçün beynəlxalq təminatların yaradılmasını vacib hesab edir.
“Məsələn, onu nəzərdə tuturuq ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi sadəcə olaraq unudula bilər və Azərbaycan güc tətbiq etməklə Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə və soyqırımı siyasətini davam etdirə bilər”, – deyə Paşinyan bildirib.