Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti təkbətək görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.
Bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O qeyd edib ki, gün ərzində Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında onların birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılıb.
Qeyd olunub ki, üçtərəfli işçi qrupun növbəti təkbətək görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra qəbul olunacaq.