Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb və bu görüşdə Lavrov ümid etdiyini bildirib ki, baş nazir Nikol Paşinyanın mayın 25-də Moskvada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak edə biləcək.
“Biz liderlərimiz arasında bütün razılaşmaların, ilk növbədə, Rusiya-Ermənistan münasibətlərinin əsl lokomotivinə çevrilmiş ticarət-iqtisadi əməkdaşlığın təşviqində maraqlıyıq. Düşünürəm ki, biz öz suallarımıza - KTMT, Aİİ və MDB inteqrasiya assosasiyaları çərçivəsində qarşılıqlı fəaliyyətə də baxacağıq. Bugünkü görüşlərin əsas mövzusu Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, üç ölkə liderinin imzaladığı üçtərəfli bəyanatların və razılaşmaların rolu ilə bağlıdır. Bütün məsələlərə və sülh müqaviləsinə, həmçinin kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələlərinə dair bütün həll yollarının tapılması üçün çox vacib və həlledici olmalıdır”.
Lavrov bütün bu sahələrdə irəliləyişin və Cənubi Qafqazda sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
“Rusiya bu regionda tarixi rol oynayıb və ən ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşürlər. Bu imkanda Rusiya qarşıdakı görüşlərin faydalı olması və konkret nəticələr əldə edilməsi üçün əlindən gələni etməyə çalışacaq”, - Rusiya XİN rəhbəri bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sergey Lavrovla söhbətində deyib: “Ermənistan üçtərəfli bəyanatlara sadiq qalır və regionda sülhün bərqərar olmasını hədəfləyir”.
“Təəssüf ki, yerlərdə vəziyyət bir qədər fərqlidir, danışıqlarla yanaşı, Azərbaycan tərəfindən mütəmadi olaraq gərginləşməsi, Ermənistanın suveren ərazisinə təcavüzü, 9 noyabr tarixli üçtərəfli bəyanatın pozulması halları müşahidə olunur. Bunlardan sonuncusu Laçın dəhlizində Rusiya Federasiyasının nəzarətində qalmalı olan keçid məntəqəsinin yaradılmasıdır. Təəssüf ki, biz deyə bilmərik ki, bu gün Laçın dəhlizi Rusiya Federasiyasının nəzarətindədir”, - deyə Mirzoyan bildirib.
İkitərəfli görüşlərdən sonra Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.