Bu gün Moskvada Ermənistan və Azərbaycan münasibətlərinə, eləcə də Dağlıq Qarabağ probleminin həllinə həsr olunmuş Lavrov-Bayramov, Lavrov-Mirzoyan və üçtərəfli Lavrov-Mirzoyan-Bayramov görüşləri keçirilib. İndi Bayramov - Mirzoyan görüşü başlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, sülh müqaviləsi ayrıca müzakirə mövzusu olub. Tərəflər bunun üzərində işə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə olunur. O xatırladıb ki, bu görüşdən əvvəl Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona gediblər, bir həftə əvvəl Ermənistan və Azərbaycan liderləri Brüsseldə olublar.
“Sülh sazişi istiqamətində iş, əlbəttə ki, əsasdır. Bu gün müzakirə edilən sülh sazişi və bir sıra maddələrlə hər iki tərəfin qarşılıqlı anlaşmasını ümumi baxışa yaxınlaşdırmaq mümkün oldu. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqlədilər ki, sərhədlərin delimitasiyası, nəqliyyat və iqtisadi kommunikasiyaların bağlanması məsələləri həll edilmədən, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi şəkildə yaxşılaşdırılmadan sülh sazişin konkret aspektləri üzrə irəliləmək çətindir”, - Lavrov bildirib.
Lavrov bildirib ki, gələn həftə baş nazir müavinlərinin başçılıq etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair iclası keçiriləcək. Rusiya xarici işlər naziri nəticənin müsbət olacağına ümid etdiyini bildirib. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar.