Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin mayın 18-də keçiriləcək iclasında Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı qarşıdakı görüşlərin gündəliyini açıqlayıb.
“Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir. Ermənistanın xarici işlər naziri artıq Moskvaya gedib.
Biz Rusiya tərəfindən Rusiya prezidentinin vasitəçiliyi ilə mayın 25-də Moskvada ən yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi aldıq və biz bu təklifi qəbul etdik.
İyunun 1-də Kişinyovda Avropa siyasi ictimaiyyətinin ikinci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə beştərəfli görüş planlaşdırılır.
Belə beştərəfli görüşün də oktyabrda Qranadada keçirilməsi planlaşdırılır.
Brüsseldə növbəti üçtərəfli görüşün iyulda keçirilməsi planlaşdırılır”, - deyə o bildirib.