Bu gün baş nazir Nikol Paşinyanın sədrliyi ilə ER hökumətinin növbəti iclası keçirilib.
Gündəlikdəki məsələləri müzakirə etməzdən əvvəl hökumət başçısı mayın 14-də Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə Brüsseldə keçirilmiş görüşün nəticələrini təqdim edib.
Nikol Paşinyan çıxışında xüsusilə qeyd edib:
“Mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan lideri ilə görüşüm baş tutdu. Xatırladığınız kimi, 2022-ci il oktyabrın 6-da Fransa Prezidentinin və Avropa Şurası sədrinin vasitəçiliyi ilə Praqada keçirilən görüşdə Azərbaycan Prezidenti və mən ölkələrimizin BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsina sadiqliyini bir daha təsdiqlədik. Onların əsasında bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıdığımızı vurğulayaraq, bunun sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını da təsdiqlədik.
Mayın 14-də biz faktiki olaraq daha bir addım atdıq və mayın 14-də keçirilən iclasın yekunu üzrə Avropa İttifaqı Şurası sədrinin bəyanatında göstərildiyi kimi, qeyd etdik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometrini, Ermənistan isə Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıyır. Qeyd etməliyəm ki, mən bunu regionda sabitliyin və sülhün bərqərar olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması və həmçinin sərhədlərin delimitasiyası baxımından mühüm addım hesab edirəm. Amma təbii ki, növbəti addım hüquqi qüvvəyə və əhəmiyyətə malik olan delimitasiya üçün konkret əsasların müəyyən edilməsi və razılaşdırılması olmalıdır.
Mən xüsusi diqqəti ona yönəltmək istəyirəm ki, mayın 14-də Avropa Şurası prezidentinin üçtərəfli görüşün yekunlarına dair bəyanatında Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair beynəlxalq ictimaiyyətlə əməkdaşlıqla Bakı və Stepanakert arasında dialoqun əhəmiyyəti vurğulanıb. Bu, Azərbaycanla münasibətlərin real və hərtərəfli həlli və regionda davamlı sülhün bərqərar olması üçün vacib olan prosesdir. Ona görə də bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını xeyli sürətləndirəcək.
Xüsusilə qeyd etməliyəm ki, Brüsseldə Ermənistan-Azərbaycan dəmir yolunun bərpası ilə bağlı müəyyən müsbət anlaşma formalaşıb, lakin əvvəlki təcrübəni nəzərə alaraq, bununla bağlı hər hansı konkret məlumatdan çəkinəcəyəm. Bir daha vurğulayacağam ki, Ermənistan Respublikası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasını . tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsiplərə əsaslanaraq həyata keçirməyə hazırdır․
Siz Avropa İttifaqı Şurasının sədrinin bəyanatından öyrəndiniz ki, əsilərin və digər saxlanılan şəxslərin azadlığa buraxılması, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı da müəyyən anlaşma olub, lakin məsələnin son dərəcə həssas olduğunu nəzərə alaraq, mən yalnız deyəcəyəm ki, qarşıdakı görüşlərdə bu mövzuda müzakirələr davam edəcək.
Xatırladım ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir. Ermənistanın xarici işlər naziri artıq Moskvaya gedib. Biz artıq Rusiya tərəfdən Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə mayın 25-də Moskvada ən yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi almışıq və biz bu təklifi qəbul etdik. İyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə beştərəfli görüş planlaşdırılır. Belə beştərəfli görüşün də oktyabrda Qranadada keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş iyul ayına planlaşdırılıb”.