Moskva Ermənistan-Azərbaycan prosesində Qərbin vasitəçiliyinin müsbət nəticələrini görmür. Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Biz gündəliyə müdaxilə etmək arzusunu, Qərb tərəfindən hansısa nəticələri özünküləşdirmək hallarını, qısqanclığı görürük. Qərb Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli razılaşmaları qeyd etmir, çünki bu sülh təşəbbüsü Rusiya tərəfindən işlənib hazırlanıb.
Onların səylərinin heç bir konstruktiv və real nəticəsi yoxdur. Ona görə də Moskvada baş verən prosesləri qeyd etmək istəmirlər. Biz hər zaman nizamlanmaya doğru hansısa düzgün gedişlər olanda müsbət tendensiyanı qeyd edirik. Hələ ki, qiymətləndirməyə heç nə yoxdur.